Apr 06, 2021 13:36 Asia/Baku
  • Azərbaycan millisinin Slovakiya ilə oyun üçün heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisi bu gün Slovakiyaya yollanıb.

SəhərAzəri xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq.

Joze Alesionun yetirmələri Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq. “Astrum Laus” otelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinha və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. 

Buna görə də Joze Alesio 3-ü qapıçı olmaqla, bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir. 

Teqlər