Apr 21, 2021 17:16 Asia/Baku
  • Persepolisin uğurlar seriyası davam edir; İnamla liderdir

İranın Persepolis futbol komandası Hindistanın Goa komandasını məğlub edərək, üçüncü qələbəsini qazanmaqla yanaşı Asiya Çempionlar Liqasının beşinci qrupunda liderliyini qoruyub.

SəhərAzəri xəbər verir kia. Asiya Çempionlar Liqasının qrup mərhələsinin üçüncü həftəsində İranın Persepolis komandası çərşənbə axşamı günü Hindistanın Goa komandası ilə qarşılaşıb və 2-1 hesabi ilə onu məğlub edib. Qarşılaşma Goa komandasının ev sahibliyi ilə beşinci qrupda həyata keçirilib.

Bu, Yəhya Golməhəmmədinin yetirmələrinin ardıcı üçüncü qələbəsi idi; beləliklə də "Persepolis" 9 xalla liderliyini qoruyub və növbəti mərhələyə adlamaq ərəfəsindədir.

Turnirin davamında, İranın "Fulade Xuzestan" komandası Ərəbistanın Əl-Nəsr komandası qarşısında 1-1 hesablı heç-heçəyə razılaşıb və İranın digər təmsilçisi Təbrizin "Traktor" komandası ilə İraqın "Hava Qüvvələri" komandasının görüşü qolsuz başa çatıb.

Teqlər