May 07, 2021 16:20 Asia/Baku
  • «Mançester Yunayted» finala çıxdı

«Mançester Yunayted» və «Vilyarreal» futbol klubları öz rəqiblərini qarşılarından götürərək, Avropa futbol liqasının finalına çıxıblar.

Avropa futbol liqasının yarımfinal oyunlarının cavab görüşlərindən birində «Mançester Yunayted» Olimpikoda Roma komandası ilə görüşüb və bu komandaya üç-iki hesabı ilə məğlub olub.

Bu görüşdə Kavani 39 və 68-ci dəqiqələrdə Mançesterin hər iki qolunu vurub. Roma-nın qolları isə 57, 60 və 83-cü dəqiqələrdə Jeko, Kristante və Zalovski tərəfində vurulub.

Yarımfinal oyunun ilk görüşündə Mançester altı-iki hesabı ilə qalib gəldiyinə və ümumi nəticədə 8-5 hesabı ilə finala vəsiqə qazanıb.

Digər görüşdə Arsenal Londonda «Vilyarreal»ı qəbul edib. Bu oyun sıfır-sıfır hesabı ilə başa çatıb.

Unai Emerinin şagirdləri ilk görüşdə iki-bir hesabı ilə qalib gəlmişdilər. Onlar sonda elə bu nəticə ilə finala vəsiqə alıblar.

Beləliklə final görüşü «Mançester Yunayted» ilə «Vilyarreal» arasında keçiriləcək.

AVROPA FUTBOL LİQASININ FİNALÇILARI MƏLUM OLDU