İtaliya Avro-2020-nin ilk finalçısı oldu
İyul 07, 2021 14:29 Asia/Baku
İyulun 6-da futbol üzrə 16-cı Avropa çempionatının yarımfinal mərhələsində İtaliya komandası İspaniyanı penaltilər seriyası ilə məğlub edərək, finala yüksəlib.
SəhərAzəri-nin məlumatına əsasən, İtaliya Avro-2020-də İspaniyanı məğlub edərək, ardıcıl 33-cü məğlubiyyətsiz oyun rekorduna da yiyələnib.
Mavilər bu qələbə ilə məğlub olmadıqları ardıcıl oyunların sayını 33-ə çatdırıblar. İtalyan komandası ardıcıl 35 məğlubiyyətsiz oyunu təcrübə keçən Braziliya və İspaniya yığmalarından təkcə iki oyunla fərqlənir.
Bu yarışlar 24 komandanın iştirakı ilə Avropanın müxtəlif bölgələrində yerləşən 11 ölkədə keçirilib.
Qeyd edək ki, yarımfinalın digər matçında İngiltərə ilə Danimarka millisi bu gecə Londonda üz-üzə gələcək.