BVF İran voleybolçusuna yüksək dəyər verib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379120-bvf_İran_voleybolçusuna_yüksək_dəyər_verib
Beynəlxalq Voleybol Federasiyası İranın milli voleybol komandasının üzvünə yüksək dəyər verib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 16, 2021 11:26 Asia/Baku
  • İranın milli voleybol komandası
    İranın milli voleybol komandası

Beynəlxalq Voleybol Federasiyası İranın milli voleybol komandasının üzvünə yüksək dəyər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Federasiya virtual mühitdə bir film yayaraq, İranın milli voleybol komandasının üzvü Seyid Məhəmməd Musəviyə yüksək qiymət verib.

Beynəlxalq Voleybol Federasiyası Tokio olimpiya oyunları ərəfəsində yazıb ki, İranın milli voleybol komandasının olimpiya siyahısında təkcə beş təcrübəli oyunçu var; onlardan biri də, böyük təcrübəyə malik olan Seyid Məhəmməd Musəvidir.

Beynəlxalq Voleybol Federasiyasının bu yazısında deyilir ki, Seyid Məhəmməd Musəvinin məharətləri İranı qələbəyə doğru istiqamətləndirə bilər.