İyul 17, 2021 17:24 Asia/Baku
  • Bol meyvə-tərəvəz istehlakı ilə koronavirusa yoluxma riski 40 faiz azalır

Yeni bir araşdırmanın nəticələri göstərir ki, bol meyvə və tərəvəz istifadə etmək və emal olunmuş qidaların istehlakını dayandırmaqla koronavirusa yoluxma riski əhəmiyyətli dərəcədə azalır.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "London Kral Kolleci"nin tədqiqatçıları araşdırma aparıblar.

Bu araşdırmanın baş tədqiqatçısı vurğulayıb: "İnsanların özlərini koronavirusdan qorumaq üçün vegetarian olması lazım deyil, lakin çeşidli tərəvəzlərdən istifadə COVİD-19 virusuna yoluxma riskini xeyli azaldır.

Mütəxəssislərin fikrincə, keyfiyyətli bir qida rasionu bağırsaqların sağlamlığını yaxşılaşdırır və bu da öz növbəsində bədənin immunitetini gücləndirir və istər-istəməz insanları koronavirusdan qoruyur

Teqlər