İran dünyada qara ciyər və böyrək nəqlində öndə gedir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379959-İran_dünyada_qara_ciyər_və_böyrək_nəqlində_öndə_gedir
İranda qara ciyər transplantasiyasının atası, İranın müxtəlif növ transplantasiya əməliyyatlarında diqqətəlayiq irəliləyiş əldə etdiyi və dünyada yaxşı bir yerə sahib olduğu qənaətindədir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 11, 2021 09:44 Asia/Baku
  • İran
    İran

İranda qara ciyər transplantasiyasının atası, İranın müxtəlif növ transplantasiya əməliyyatlarında diqqətəlayiq irəliləyiş əldə etdiyi və dünyada yaxşı bir yerə sahib olduğu qənaətindədir.

SəhərAzəri-nin məlumatına əsasən,  Əli Məlik Hüseyni Şirazda İran-Press müxbirilə müsahibədə deyib ki, bu şəhərin “Bu Əli” xeyriyyə xəstəxanası İranda və hətta dünyada iri xəstəxanalardan biridir. Xəstəxananın qara ciyər, böyrək, ürək və mədəaltı vəzi bölmələri var və xəstəxana indiyədək altı mindən çox qara ciyər peyvəndi həyata keçirib.

İranda qara ciyər transplantasiyasının atası sonra belə söyləyib: Şirazın “Bu Əli” xeyriyyə xəstəxanası beyin ölümündən orqan transplantasiyasına görə, dünyada birinci dərəcəlidir və İran beyin ölümündən qara ciyər və böyrək transplantasiyasında dünya birinciliyinə malikdir.

Hal-hazırda il ərzində 638 qara ciyər transplantasiyası həyata keçirən “Bu Əli” xeyriyyə xəstəxanası dünyada birinci yerə malik olaraq, dünya səviyyəsində ən yaxşı müalicə mərkəzlərindən sayılır.