İran karvanının üçüncü qızılı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380573-İran_karvanının_üçüncü_qızılı
İranlı para-cüdoçu Tokio paralimpiya oyunlarında qızıl medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2021 15:47 Asia/Baku
  • İran karvanının üçüncü qızılı
    İran karvanının üçüncü qızılı

İranlı para-cüdoçu Tokio paralimpiya oyunlarında qızıl medal qazanıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrza Xeyrullahzadə bu gün B2 qrupunun final görüşündə ipon hesabıyla gürcü rəqibi Çikoidzeyə qalib gəlib.

Vəhid Nuri də para-cüdo üzrə doxsan kiloqram çəki dərəcəsində öz rəqibini məğlub edib və qızıl medal alıbdır.

Ruhullah Rüstəmi isə para-ağırlıq qaldırmada İrana qızıl medal gətiribdir.

İranın para-ağırlıq qaldırmaq üzrə yığma komandasınn üzvü Hamed Solhipur da doxsan yeddi kiloqram çəki dərəcəsində 222 kiloqramlıq ağırlığı qaldırıb və ikinci olubdur.