İranlı qadınların iki qızıl medalı
Avq 31, 2021 07:20 Asia/Baku
-
İranlı qadınların iki qızıl medalı
İranlı qadınlar nizəatma və güllə atıcılığında Tokio paralimpiya oyunlarında İran karvanının altıncı və yeddinci medallarını qazanıblar.
SəhərAzəri-nin verdiyi məlumata görə, Haşimiyyə Müttəqiyan bu gün Tokio paralimpiya oyunlarında qadınların nizəatma yarışında iranlı qadınların ilk, İran karvanının isə altıncı qızıl medalını əldə edib.
Müttəqiyan F-56 növündə yeni rekord qeydə aldıraraq, yarışların qalibi olub və iranlı qadınların ilk qızıl medalını qazanıb.
Digər iranlı qadın- Sara Cavanmərdi isə pnevmatik tapançadan on metrlik məsafəyə atışda paralimpiya üçün yeni rekord qeydə aldırıb və Tokio paralimpiya oyunlarının qızıl medalına nail olubdur.