“Fəryad- 2” bədii filminin çəkilişi davam edir.
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380873-fəryad_2_bədii_filminin_çəkilişi_davam_edir.
Azərbaycan Respublikasında ikinci Qarabağ müharibəsi mövzusunda Fəryad-2 kino filminin çəkilişi davam edir. Filmin noyabradək tamamlanacağı deyilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2021 08:23 Asia/Baku
  • “Fəryad- 2” bədii filminin çəkilişi davam edir.

Azərbaycan Respublikasında ikinci Qarabağ müharibəsi mövzusunda Fəryad-2 kino filminin çəkilişi davam edir. Filmin noyabradək tamamlanacağı deyilir.

Ekran işinin Hadrutda olan kadrların lentə alınması prosesi artıq başa çatıb. Bunun üçün işğaldan azad olunan ərazidə dekorasiyalar qurulub. Digər çəkilişlər isə Bakıda reallaşır. Filmlə bağlı, həmçinin, Gürcüstandan aktyor heyətinin iştirakı barədə məlumatlar yayılıb. Onların filmdə erməni obrazlarını canlandırdıqları deyilir.

Azərbaycan Respublikası xalq artisti Vaqif Mustafayevin rejissorluq etdiyi layihədə azərbaycanlı aktyorlardan Sevinc Əliyeva, Hikmət Rəhimov, Rus Dram Teatrının aktrisası Anaida (Nahidə) Rostovskaya, Taleh Yüzbəyov və digərləri yer alıb.

Filmin noyabr ayında 44 günlük müharibənin sona çatmasının ildönümünə qədər tamamlanması və tamaşaçılara təqdim olunması gözlənilir.

Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunur.

 

Xatırladaq ki, ilk “Fəryad” filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub.