Sen 09, 2021 16:15 Asia/Baku
  • DÇ-2022: Almaniya və İtaliyadan darmadağın; İngiltərə son anda qələbəni əldən verib

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura yekun vurulub. Almaniya və İtaliyad darmadağınla qələbə qazanıblar, İngiltərə son anda qələbəni bərabərliklə dəyişib.

SəhərAzəri-nin verdiyi məlumata görə, 2022-ci il Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti turunun son günündə, eyni zamanda 12 matç keçirilib ki, onların ən önəmlisində İngiltərə komandası son anda qələbəni əldən verib və bərabərliyə razılaşıb və İtaliya, Almaniya, İspaniya və Belçika komandaları qalib gələrək, 3 xal qazanıblar.

Qeyd edək ki, həmin oyunlar çərçivəsində Bakıda baş tutan Azərbaycan-Portuqaliya matçı 3-0 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb.

Həmçinin, G qrupunda mübarizə aparan Türkiyə seçməsi səfərdə Niderlanda 6-1 hesabı ilə uduzub.

Teqlər