İranlı futzalçılar ABŞ-a qalib gəldilər; Onlar play-off mərhələsinə yüksəldilər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i381195-İranlı_futzalçılar_abŞ_a_qalib_gəldilər_onlar_play_off_mərhələsinə_yüksəldilər
İranın futzal üzrə yığma komandası ABŞ komandasına qalib gələrək, Litvada keçirilən Futzal üzrə Dünya Çempionatı-2021 yarışlarının play-off mərhələsinə yüksəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2021 06:39 Asia/Baku
  • İranlı futzalçılar ABŞ-a qalib gəldilər; Onlar play-off mərhələsinə yüksəldilər

İranın futzal üzrə yığma komandası ABŞ komandasına qalib gələrək, Litvada keçirilən Futzal üzrə Dünya Çempionatı-2021 yarışlarının play-off mərhələsinə yüksəliblər.

SəhərAzəri-nin məlumatına əsasən, Dünya Çempionatının F qrupunda yer alan İranın futzal üzrə milli komandası qrup mərhələsindəki ikinci görüşündə, ABŞ komandası ilə qarşılaşıb və 4-2 hesabı ilə rəqibinə qalib gələrək, bu yarışların play-off mərhələsinə vəsiqə qazanıb.

İran komandası bu qələbə ilə 6 xal toplayaraq, play-off  mərhələsinə yüksəlməsini dəqiqləşdirdi. İranlı futzalçılar Dünya Çempionatı çərçivəsindəki ilk görüşlərində Serbiyanı məğlub etmişdilər.

İranın futzal yığması, bazar ertəsi Tehran vaxtı ilə saat 21:30-da və Dünya Çempionatının qrup mərhələsindəki son oyununda bundan əvvəlki turnirin çempionu Argentina komandası ilə qarşılaşacaq.