Sen 20, 2021 13:09 Asia/Baku
  • Torabi Asiya Çempionlar Liqasının ən yaxşı qolunu vurdu

İranın "Persepolis" komandası oyunçusunun vurduğu qol Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin ən yaxşı qolu seçildi.

SəhərAzəri-nin məlumatına əsasən, Asiya Futbol Konfederasiyasının saytı, Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin ən yaxşı qolunu seçmək üçün üç gün əvvəldən bir rəy sorğusuna start verib. 

"Persepolis" in yarımmüdafiəçisi Mehdi Torabinin Tacikistanın "Esteghlal" klubuna vurduğu 3 xallıq qol 68 faizi səslə ən yaxşı qol seçilib.

Teqlər