Sen 22, 2021 15:44 Asia/Baku
  • Payız allergiyası
    Payız allergiyası

Payız fəslində qıcıqlandırıcı və allergiya yaradan amillər fərqli olsalar da, yaz və yay fəsillərindəki allergiyalara oxşar simptomlar yarada bilərlər.

SəhərAzəri-nin məlumatına əsasən, Mürəkkəbçiçəklilər fəsiləsinə aid olan ambroziya bitkisi payız fəslində ən böyük allergiya yaradan amildir.

Bu bitkinin tozlanma prosesi bir qayda olaraq, avqust ayının sərin gecələri və isti günlərində başlasa da, sentyabr və oktyabr aylarına qədər davam edə bilər. Yaz bitkilərinə allergiyası olan insanların təqribən yetmiş beş faizi bu bitkiyə də reaksiya verir.

Toz-torpaq gənələri və kif də payız fəslindəki allergiya amillərindəndirlər.

Məktəblərin açılması da uşaqlarda allergiya yarada bilər, zira kif və toz-torpaq gənələri məktəblərdə rəvac tapıb.