İranın üçüncü qızıl medalı
-
Qasımpur
Norveçdə keçirilən sərbəst güləş üzrə dünya çempionatı yarışlarında İranı doxsan iki kiloqram çəki dərəcəsində təmsil edən Kamran Qasımpur öz rus rəqibini məğlub etməklə qızıl medala nail olub.
SəhərAzəri-nin məlumatına əsasən, Qasımpur dünən gecə Rusiyadan olan Avropa çempionu- Maqomed Kurbanovla görüşdə cəsurcasına bir güləş nümayiş etdirməklə rəqibini səkkiz-dörd hesabı ilə məğlub etməyə müvəffəq olub.
İran bundan qabaq iki qızıl və üç gümüş medal əldə etmişdi.
İranın milli güləş komandasının sərbəst güləşçiləri- Həsən Yəzdani və Əmir Hüseyn Zare səksən altı və yüz iyirmi beş kiloqram çəki dərəcələrində müvafiq olaraq, Amerikadan Devid Teylor və Gürcüstandan Geno Petriaşvili üzərində qələbə çalmaqla qızıl medal sahibi olmuşdular.
İranın gümüş medallarını isə Əlirza Sərlək, Əmir Məhəmməd Yəzdani və Məhəmməd Noxudi müvafiq olaraq, 57, 65 və 79 kiloqram çəki dərəcələrində əldə ediblər.