İranlı yunan-roma güləşçilərinin uğuru
-
yunan-roma
İranın nümayəndələri yunan-roma güləşi üzrə dünya çempionatının ikinci üç çəki dərəcəsindəki seçmə yarışlarında qalib gəliblər.
SəhərAzəri-nin məlumatına əsasən, Altmış kiloqram çəki dərəcəsində Mehrdad Mərdani ilk mərhələdə istirahətdən sonra ikinci etapda Avropa üzrə bürünc medalçı, rumıniyalı Rizvan Arenatı on bir-üç hesabı ilə məğlub edib.
O, üçüncü mərhələdə Ermənistan təmsilçisi, Avropa çempionu Gerorgi Qəribyan ilə ABŞ nümayəndəsi Dalton Roberts görüşünün qalibi ilə görüşəcək.
97 kiloqram çəki dərəcəsində Məhəmməd Hadi Sarəvi ilk etapda istirahət etdikdən sonra ikinci mərhələdə Rusiyadan olan 23 yaşdan aşağı yaş üzrə Avropa çempionu Artur Sarqsyanla mübarizə aparıb və rəqibini altı-dörd hesabı ilə məğlub edə bilib.
Yüz otuz kiloqram çəki dərəcəsində Əli Əkbər Yusifi ilk mərhələdəki istirahətdən sonra ikinci mərhələdə Ermənistan təmsilçisi David Avanesyanı altı-bir hesabı ilə qarşısından götürüb və dörddə bir finala vəsiqə qazanıb.
O, həmin mərhələdə Norveç güləşçisi Oskar Marviklə qarşılaşacaq.