İranın dörd güləşçisi finalda
İranın daha iki güləşçisi rəqiblərini məğlub edərək, yunan-Roma güləşi üzrə Dünya Çempionatının finalına yüksəliblər.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün 63 kq çəki dərəcəsində İranı təmsil edən Meysəm Delxani Norveçdə keçirilən yunan-Roma güləşi üzrə Dünya Çempionatında yarımfinalda Azərbaycan Respublikasından Tale Məmmədovu 9-0 hesabı ilə məğlub edərək finala yüksəldi.
67 kiloqram çəki dərəcəsində mübarizə aparan İran təmsilçisi Məhəmməd Rza Gerayi də gürcü rəqibi Ramaz Zuidzeni 7-6 hesabı ilə məğlub edərək, finala adlayıb.
Bu gün, həmçinin Məhəmməd Hadi Sarəvi və Əli Əkbər Yusifi də 97 və 130 kiloqram çəki dərəcələri üzrə final görüşündə qızıl medal uğrunda rəqibləri ilə qarşılaşmalı olacaqlar.
Bundan əvvəl İran sərbəst güləş üzrə milli komandası üç qızıl, üç gümüş və üç bürünc medal qazanaraq, dünyada üçüncü pillədə qərarlaşıb.