İranın milli futbol komandası "A" qrupunda liderliyini qoruyub
-
İranın milli futbol komandası
2022-ci ildə Qətərdə təşkil ediləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində İranın milli komandası dördüncü görüşündə "Azadi" stadionunda Cənubi Koreya ilə qarşılaşıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın milli futbol komandası çərşənbə axşamı, Azadi Stadionunda Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən dördüncü görüşündə Cənubi Koreya qarşısında bir-bir hesabı ilə heç-heçə etsə də, 10 xalla "A" qrupunun cədvəlində liderliyini qoruyub saxlayıb.
Görüşdə ilk olaraq, Cənubi Koreya 49-cu dəqiqədə hesabı açıb ki, Əlirza Cahanbəxşın 76-cı dəqiqədə vurduğu cavab qolu ilə oyun 1-1 bərabər hesabla sona çatıb.
İranın milli komandası bu nəticə ilə 10 xal qazanıb və "A" qrupunun cədvəlində liderdir, Cənubi Koreya isə 8 xalla ikinci yerdədir.