Ekoturizm karantin problemlərini aradan qaldırmağa kömək edir
-
Ekoturizm
İngilis tədqiqatçıları deyirlər ki, COVID-19 karantini zamanı təbiətdə daha çox vaxt keçirən uşaqlar az miqdarda davranış və emosional problemlərdən əziyyət çəkirlər və onların ümumi vəziyyəti daha yaxşı olur.
SəhərAzəri-nin məlumatına əsasən, Bu tədqiqatın nəticələri göstərir ki, təbiətdə vaxt keçirmək, evdə qalan və məktəbə getməyən uşaqların psixoloji sağlamlığının qorunması üçün ucuz bir üsul ola bilər.
«People and Nature» Jurnalında dərc olunan bu tədqiqatın nəticələrinə görə, karantin dövründə təbiətlə əlaqəsi azalan uşaqların üçdə biri daha çox iztirab və narahatlıq keçiribdir.
Kembric Universitetində ailə araşdırma mərkəzinin tədqiqatçısı Samanta Fridman bu barədə belə deyir: Bilirik ki, təbiətə əlçatanlıq və onunla ünsiyyət,/ ruhi sağlamlıq, o sıradan narahatlıq və depressiya səviyyəsinin, həmçinin uşaqlarda və yuxarı yaşlı şəxslərdə stressin azaldılması üçün geniş məziyyətlərə malikdir.