Yuxu və Altsheymer xəstəliyi arasında əlaqə
-
Yuxu və Altsheymer
Yuxu üçün bir qızıl vaxt vardır ki, ona əməl olunarsa, beynin idrak funksiyası zaman keçdikcə sabit qalar. Daha az və ya daha çox yuxu miqdarı daha aşağı koqnitiv funksiyası ilə müşayiət olunacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Alimlər uzunmüddətli bir araşdırmada yeddi saat yarımlıq yuxunun beynin lazım olan enerjini əldə edə və Altsheymer xəstəliyinin qarşısını ala bilməsi üçün ideal yuxu olduğunu müəyyən ediblər.
Araşdırmaya görə, bu miqdardan daha çox və ya daha az gecə yuxusu, zaman ötdükcə, beyin pozulmasına gətirib çıxaracaq.
Alimlər Altsheymer zülallarının səviyyəsini ölçmək üçün beyin və onurğa beyni ətrafındakı toxumalarda olan onurğa beyni mayesini də araşdırdılar.
Araşdırmanın nəticəsi göstəribdir ki, gecələr yeddi saat yarımdan az və ya çox yatan şəxslərdə beynin idrak funksiya göstəricisi zaman keçdikcə azalır.