Bir iranlı dünyanın ən sürətli boksçusudur
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i382514-bir_iranlı_dünyanın_ən_sürətli_boksçusudur
Bir iranlı dünyanın ən sürətli boksçu ləqəbini alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2021 13:14 Asia/Baku
  •  boksçu
    boksçu

Bir iranlı dünyanın ən sürətli boksçu ləqəbini alıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Tehran vilayətinin ictimai idman federasiyasının rekord qeydəalma komitəsinin sədri Hadi Rzayi bildirib ki, iranlı bokçsu Yusif İmani Tehranın Milad qülləsi kompleksində sol və sağ tərəflərdən olmaqla 403 birbaşa yumruq zərbəsi ilə öz adını dünyanın Ginnes kitabında qeydə aldırmağı bacarıb.

Hadi Rzayi sonra bildirib ki, bundan qabaq slovakiyalı idmançı 334 birbaşa zərbə ilə dünyada məşhur olmuşdu.

İctimai idman federasiyasının rekord qeydəalma komitəsinin rekordların qeydə alınması üzrə yeganə mərkəz, Ginnes-in də dünyanın ən mötəbər müəssisəsi hesab edildiyini bildirən Rzayi deyib ki, hal-hazırda bu iranlı idmançının adı Ginnes kitabında qeydə alınıbdır.