İranlı məktəbli ümumdünya ixtiralar müsabiqəsində bürünc medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i382601-İranlı_məktəbli_ümumdünya_ixtiralar_müsabiqəsində_bürünc_medal_qazanıb
İranlı məktəbli İsveçrənin Cenevrə şəhərində keçirilən ümumdünya ixtiralar müsabiqəsində bürünc medal qazanmağa müvəffəq olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2021 08:57 Asia/Baku
  • İranlı məktəbli
    İranlı məktəbli

İranlı məktəbli İsveçrənin Cenevrə şəhərində keçirilən ümumdünya ixtiralar müsabiqəsində bürünc medal qazanmağa müvəffəq olub.

SəhərAzəri-nin məlumatına əsasən,  Qeyd olunan müsabiqə virtual formada keçirilib. Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının nəzarəti altında keçirilən müsabiqədə dünya ölkələrindən 650 yenilikçi iştirak edib.

Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının üzvləri üçün nəzərdə tutulan bu müsabiqədə məktəblilər texniki-mühəndislik, kompüter elmləri, kənd təsərrüfatı və ekologiya, kimya və biologiya, tibb də daxil olmaqla müxtəlif fənlər üzrə rəqabət aparırlar.

Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasında qeydiyyatdan keçmiş ixtiraçılar elmi və innovativ layihələrə malikdirlər və “INV” əlavəsi, profil və xüsusi koda malik beynəlxalq ixtiraçı kimi Fatimə Purhəsənin adı federasiyanın İsveçrənin Cenevrə şəhərində yeləşən daimi məkanında qeydə alınıb.

İRANLI MƏKTƏBLİ BEYNƏLXALQ MÜSABİQƏDƏ ÜÇÜNCÜ OLUB