İranlı yunan-roma güləşçilərinin dəyərli medalları
-
İranlı yunan-roma güləşçiləri
23 yaşadək olan yunan-roma güləşçiləri arasında keçirilən dünya çempionatının ilk beş çəki dərəcəsi üzrə yarışların sonunda İran nümayəndələri bir qızıl, iki gümüş və iki bürünc medal qazanıblar.
SəhərAzəri-nin məlumatına əsasən, 23 yaşadək olan yunan-roma güləşçiləri arasında dünya çempionatı noyabrın birindən üçünədək Serbiyanın Belqrad şəhərində keçirilməkdədir.
Yarışların ilk beş çəki dərəcəsi üzrə görüşlərin sonunda dünən gecə Əmin Mirzəzadə 130 kiloqram çəki dərəcəsində qızıl, Puya Dadmərz və Əmin Kavyaninejad 55 və 77 kiloqram çəki dərəcələrində gümüş, Əlirza Nicati, Nasir Əlizadə isə 87 kiloqram çəki dərəcələrində bürünc medal əldə ediblər.
95 xalla yarış cədvəlinə başçılıq edən İranın yığma komandası çempionluq adını qazanmaq üçün Rusiya yığması ilə sıx rəqabət aparır.