Cənubi Afrikada 250 minillik insan qalığı aşkar edilib
-
insanın qalıqlarını aşkar ediblər.
Tədqiqatçılar Cənubi Afrikada 250 min il bundan öncəyə aid ibtidai insanın qalıqlarını aşkar ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Cənubi Afrikada 250 min il bundan öncəyə aid mağarada aşkar edilən qalıqlar dörd və ya altı yaşlı uşağa məxsusdur.
«Witwatersrand» universitetinin arxeoloqu, professor «Lee Berger» deyib ki, bu fosil, alt çənəsi olmayan uşağın kəllə sümüyünə aiddir və bədəndən heç bir digər hissə mövcud deyildir.
O, sonra belə deyib: Bu kimi fosillər aşkar edilərkən ölümün səbəbləri əməlli-başlı araşdırılmalıdır. Bəlkə də kəllə sümüyü başqa bir məkandan bu nöqtəyə köçürülübdür ki, bu da doğrudan da ölülərə əhəmiyyətli dərəcədə diqqəti göstərir.
Geoloq “Tebogo Makhubela” isə bu barədə belə deyib: Bu növün yaşadığı dövr 250 min il bundan əvvələ aiddir, zira biz onun yaşını “Homo naledi” dövrü ilə müqayisədə əldə edirik. Biz həmçinin mağaranın yaşını araşdırmışıq.