İranlı müəllimə ümumdünya müəllim mükafatına namizəddir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i382853-İranlı_müəllimə_ümumdünya_müəllim_mükafatına_namizəddir
İranın Kürdüstan vilayətində yerləşən Bicar rayonunun məhrum bölgələrinin müəlliməsi Sürəyya Mütəhərriniya ümumdünya müəllim mükafatına on namizəd arasında yer alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2021 15:41 Asia/Baku
  • İranlı müəllimə
    İranlı müəllimə

İranın Kürdüstan vilayətində yerləşən Bicar rayonunun məhrum bölgələrinin müəlliməsi Sürəyya Mütəhərriniya ümumdünya müəllim mükafatına on namizəd arasında yer alıb.

SəhərAzəri-nin məlumatına əsasən,  Hər il ümumdünya müəllim mükafatı mərasimini keçirən «Varkey Foundation» fondu dünyanın 121 ölkəsindən namizəd olan səkkiz min müəllim arasından on ən yaxşı müəllimin namizəd kimi seçilməsindən xəbər verib.

Bəzi medialar bu qənaətdədirlər ki, iranlı müəllimə Sürəyya Mütəhərriniya həmin mükafatı almaq üçün böyük şansa malikdir.

Ən yaxşı müəllim mükafatından əlavə, «Varkey Foundation» fondu bu il dünyanın ən yaxşı tələbəsi mükafatını da təqdim etməlidir. Bu bölmədə dünyanın 94 ölkəsindən üç min beş yüz tələbə namizəd olub.

2021-ci il ümumdünya müəllim mükafatı, qarşıdakı günlərdə öz qalibini müəyyən edəcək.

İran ümid edir ki, bicarlı müəllimə Sürəyya Mütəhərriniya bu mükafatı qazanacaq.