"The Best": FIFA mükafatlandırma vaxtını açıqlayıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i383013-the_best_fifa_mükafatlandırma_vaxtını_açıqlayıb
FIFA ilin ən yaxşılarının mükafatlandırılması mərasiminin vaxtını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2021 11:21 Asia/Baku
  •  FIFA
    FIFA

FIFA ilin ən yaxşılarının mükafatlandırılması mərasiminin vaxtını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu mərasim 2022-ci il yanvarın 17-də keçiriləcək. 

Ən Yaxşıları müəyyən etmək üçün səsvermə prosesi bu il noyabrın 22-də başlayacaq və dekabrın 10-da sona çatacaq. 

Bu mərasimdə ən yaxşı oyunçu, ən yaxşı baş məşqçi, ən yaxşı qapıçı müəyyənləşəcək. Bundan başqa, tədbirdə "Fair play" mükafatı, ən yaxşı qol üçün Puşkaş mükafatı və azarkeşlər üçün mükafat sahibləri və ilin rəmzi komandası açıqlanacaq.

Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.