Noy 15, 2021 16:57 Asia/Baku
  • Məhsa Ələvi
    Məhsa Ələvi

İranlı qız şahmatçı 12 yaşadək şahmatçılar arasında Şahmat üzrə Asiya Çempionatında qızıl medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Zəncan şəhərindən olan şahmatşı Məhsa Ələvi 12 yaşadək şahmatçılar arasında keçirilən Şahmat üzrə Asiya Çempionatında qızıl medal qazanıb.

Məhsa Ələvi üç ay əvvəl də Asiya məktəbliləri yarışlarında İranın 13 yaşadək qızlardan ibarət  komandası ilə üçüncü yeri tutmuşdu.

Məhsa Ələvi keçən il 12 yaşadək uşaqlar arasında keçirilən çempionatda İranın ikincisi olub.

Teqlər