Noy 16, 2021 14:50 Asia/Baku
  • İranın qadın oxatma komandası
    İranın qadın oxatma komandası

İranın qarışıq oxatma komandası oxatma üzrə Asiya çempionatının finalına vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Banqladeşdə keçirilən oxatma üzrə Asiya çempionatının yarışları bu gün səhər tezdən izlənilib və İran oxatanları kişilərin fərdi oxatma, qadınların isə qarışıq oxatma bölmələrində rəqblərilə görüşüblər.

İranın Gisa Baybordi, Rahilə Farsi və Kosər Xoşnudikiyadan ibarət qarışıq qadın oxatma komandası yarışların ilk etapında Banqladeş komandası ilə görüşüb. Görüşü 227-226 hesabı ilə başa vuran İran komandası yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Yarımfinal mərhələsində Hindistan komandasını 227-220 hesabı ilə məğlub edən İran komandası finalda Cənubi Koreya komandası ilə görüşəcək.

Teqlər