Noy 25, 2021 20:14 Asia/Baku
  • Əlirza Beyranvənd
    Əlirza Beyranvənd

Portuqaliyanın Boavişta komandası bu gün xəbər verib ki, Əlirza Beyranvəndin adı rəsmi bir futbol yarışında əl ilə ən uzaq məsafəyə top atışına görə, rəsmi surətdə Ginnes beynəlxalq rekordlar kitabında qeydə alınıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın milli futbol komandasının qapıçısı 2016-cı il oktyabrın on birində, 2018-ci il Rusiya dünya çempionatının seçmə mərhələsində, İran ilə Cənubi Koreya arasında keçirilən görüşdə əli ilə topu altmış bir metr altmış altı santimetr uzunluğa tulladığına görə, Ginnesin məsul şəxslərindən bu rekordla bağlı sənədi alıb.

Portuqaliya komandasının bugünkü məşqində Beyranvəndin komanda yoldaşları onunla xatirə şəkli çəkdiriblər.

 

Teqlər