Taremi Puşkaş mükafatına namizəd edilib
-
Mehdi Taremi
Mehdi Tareminin Çelsi-yə vurduğu fövqəladə qol FİFA-nın Puşkaş mükafatına namizəd edilib.
SəhərAzəri-nin məlumatına əsasən,FİFA-nın saytı 2021-ci ilin on bir gözəl qolunu seçib. Mehdi Tareminin ötən fəsildə Çempionlar Liqasında Çelsi-yə vurduğu gözəl qol da Puşkaş mükafatına namizədlər arasındadır.
Qalib, FİFA saytında, bütün dünyadan olan azarkeşlər və böyük oyunçulardan ibarət beynəlxalq hakimlər heyəti tərəfindən seçiləcək.
İki qrupun hər biri eyni səviyyəli səs haqqına malikdir. Bu, o deməkdir ki, azarkeşlərin seçimi 2021-ci il üzrə Puşkaş mükafatının qalibinin seçilməsində mühüm rol oynaya bilər.
Mehdi Taremi son illər Çempionlar Liqasında parlaq nəticələrə malik olub. O, Yuventus, Liverpul və Çelsi kimi böyük komandalar qarşısında qol vurmağa müvəffəq olubdur.