İran millisinin skvoş üzrə Asiya çempionatındakı uğurları
Dek 01, 2021 09:30 Asia/Baku
-
milli skvoş
İranın kişilərdən ibarət milli skvoş komandası dünən skvoş üzrə Asiya çempionatının ikinci görüşündə Sinqapur yığmasını üç-iki hesabı ilə məğlub edib.
SəhərAzəri-nin məlumatına əsasən, Yuxarı yaşlılar arasında skvoş üzrə 20-ci Asiya çempionatı dünən Malayziyanın Kuala-Lumpur şəhərində başlanıb. Yarışlar qadınlar və kişilər üzrə iki bölmədə keçirilir.
İran yığması bundan öncə Şri-Lanka millisini üç-bir hesabı ilə məğlub etmişdi.
İranın kişilərdən ibarət milli skvoş komandası bu gün Malayziya komandası ilə qarşılaşacaq.
İranın skvoş üzrə ən yaxşı nəticələri yarışların Cənubi Koreyada keçirilən öncəki dövründə əldə olunmuşdu. Belə ki, İranın kişilərdən ibarət komandası həmin dövrdə üçüncü, qadın komandası isə altıncı olmuşdu.