Taremi və Cahanbəxş Asiya üzrə həftənin ən yaxşı legionerliyinə namizəd olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i383915-taremi_və_cahanbəxş_asiya_üzrə_həftənin_ən_yaxşı_legionerliyinə_namizəd_olublar
“Porto” və “Feyenoord” futbol klublarının iranlı hücumçuları Asiya üzrə həftənin ən yaxşı legionerliyinə namizədləri arasında qərarlaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2021 09:03 Asia/Baku
  • Taremi və Cahanbəxş
    Taremi və Cahanbəxş

“Porto” və “Feyenoord” futbol klublarının iranlı hücumçuları Asiya üzrə həftənin ən yaxşı legionerliyinə namizədləri arasında qərarlaşıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Asiya Futbol Konfederasiyası bir qayda olaraq, həftənin ən yaxşı legionerliyinə namizədlərin adlarını təqdim edibdir ki, onların arasında Mehdi Taremi və Əlirza Cahanbəxşin adları görünür.

“Porto” klubunun iranlı hücumçusu Taremi bu həftə “Portimonense” ilə görüşdə doxsan dəqiqə oynayıb və öz komanda yoldaşlarına bir qol ötürməsi də veribdir.

“Porto” komandası bu oyunu üç-sıfır hesabı ilə öz xeyrinə başa vurub.

Niderlandın Rotterdam şəhərinin “Feyenoord” klubunda oynayan Cahanbəxş də “Fortuna Sittard” komandası ilə görüşdə komandasının beşinci qolunu vurub. Bu matç beş-sıfır hesabı ilə “Feyenoord”un xeyrinə başa çatıb.

Son Xın Min, Sam Ker, Yuci Tsyao, Takefusa Kubo, Tom Rocik, Hvanq Ui Co, Li Ce Son və Ritsu Doan bu ada digər namizədlərdirlər.