İran uzaqdan əməliyyat edən robot ixrac edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i383957-İran_uzaqdan_əməliyyat_edən_robot_ixrac_edib
Bir iranlı startap şirkətin mütəxəssisləri İndoneziyaya iki ədəd “uzaqdan cərrahiyyə” robotu ixrac ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2021 16:02 Asia/Baku
  • robot
    robot

Bir iranlı startap şirkətin mütəxəssisləri İndoneziyaya iki ədəd “uzaqdan cərrahiyyə” robotu ixrac ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İranın “Sina” robotunun konstruktoru Əlirza Mir Baqiri deyib ki, “Sina” cərrahiyyə robotunun elektron mühərriklərlə təchiz olunmuş  16 oynağı var və o, cərrahiyyə əməliyyatları apara bilir.

O, əlavə edib: İndoneziyanın sağlamlığın inkişafı proqramında cərrahiyyə robotlarından istifadəyə təkid olunub. Biz də cərrah robotlar istehsal etməklə ASEAN ölkələrinin bazarını ələ almaq imkanına malikik.