İranlı ağır atlet dünya çempionatında bürünc medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i384037-İranlı_ağır_atlet_dünya_çempionatında_bürünc_medal_qazanıb
81 kiloqram çəki dərəcəsində çıxış edən iranlı ağır atlet Özbəkistanda keçirilən dünya çempionatında birdən qaldırma hərəkətində üçüncü olub və bürünc medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2021 07:40 Asia/Baku
  • Mustafa Cavadi
    Mustafa Cavadi

81 kiloqram çəki dərəcəsində çıxış edən iranlı ağır atlet Özbəkistanda keçirilən dünya çempionatında birdən qaldırma hərəkətində üçüncü olub və bürünc medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, "İSNA" xəbər agentliyinin məlumatına görə, Dünya Çempionatının A qrupunda 81 kiloqram çəki dərəcəsində ağırlıqqaldırma yarışları başlayıb və İran təmsilçisi bu çəkidə birdən qaldırma hərəkətində üçüncü yerdə qərarlaşıb.

Mustafa Cavadi birdən qaldırma hərəkətində 163 kiloqram rekorduna imza ataraq, bürünc medal qazanıb.

Cavadi ilk yanaşmada 155 kiloqramı ram edib. İkinci yanaşmasında isə 159 kiloqramı sifariş edib ki, onu da ram edə bilid.  

İran təmsilçisi üçüncü yanaşmada 163 kq-ı başı üzərinə qaldıraraq, bu nəticə ilə bürünc medala sahib olub.

2021-ci il Ağır Atletika üzrə Dünya Çempionatı Özbəkistanın paytaxtı Daşkənddə keçirilir.