İran karateçilərinin rəngarəng medalları
Dek 18, 2021 17:36 Asia/Baku
-
İran karateçilərinin rəngarəng medalları
İran karateçiləri Asiya çempionatının ilk gününün sonunda on müxtəlif medal qazanmağa müvəffəq olublar.
2021-ci il Asiya karate çempionatı bu gün Qazaxıstanın Almatı şəhərində bütün yaş səviyyələrində və kata və komite kimi iki bölmədə başlanıb və ölkəmizin nümayəndələri öz rəqiblərilə görüşüblər.
Yarışların ilk gününün sonunda İran karateçiləri üç qızıl, bir gümüş və bir bürünc medal alıblar.
Komite bölməsində də üç qızıl, bir gümüş və bir bürünc medal əldə olunub. Bununla İran ilk gündə ümumilikdə altı qızıl, iki gümüş və iki bürünc medala nail olub.