İranın ağırlıqqaldırma üzrə milli komandası dünya ikincisi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i384200-İranın_ağırlıqqaldırma_üzrə_milli_komandası_dünya_ikincisi_olub
İranın ağırlıqqaldırma üzrə kişilərdən ibarət milli komandası 548 xalla dünya ikincisi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2021 18:01 Asia/Baku
  • İranın ağırlıqqaldırma üzrə milli komandası dünya ikincisi olub
    İranın ağırlıqqaldırma üzrə milli komandası dünya ikincisi olub

İranın ağırlıqqaldırma üzrə kişilərdən ibarət milli komandası 548 xalla dünya ikincisi olub.

Rusiya 581 xalla dünya çempionu, Özbəkistan isə 525 xalla üçüncü olubdur.

İran, Rusiya və Özbəkistan komandaları on ağırlıqqaldıranla yarışlarda iştirak ediblər.

Ağır atletika üzrə dünya çempionatı dekabrın yeddisindən on səkkizinədək Özbəkistanın paytaxtı Daşkənddə keçirilib.

Yarışlarda 245-i kişi, 187-i isə qadın olmaqla 432 ağır atlet iştirak edib.

İranın qadınlardan ibarət komandası da Daşkənd yarışlarının qadınlar bölməsində 151 xalla 23-cü olubdur.

İRANIN AĞIR ATLETİKA KOMANDASI DÜNYA İKİNCİSİ OLUB