İran xizəkçiləri Türkiyə yarışlarında 16 medal qazanıblar
Dek 24, 2021 09:10 Asia/Baku
-
İran xizəkçiləri
Türkiyədə keçirilən dağ-xizək idmanı üzrə beynəlxalq yarışlar başa çatıb. İran yığması bu yarışlarda 16 medal qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Yarışların dördüncü və sonuncu günündə ölkəmizin nümayəndələri dağ-xizək idmanı növündə daha dörd medal qazanmağa müvəffəq olublar.
Qadınlar bölməsində Atifə Əhmədi kiçik spiralda dəyərli çempion adını qazanmağa nail olub.
Kişilərin yarışında da “bir gün öncəki” nəticələr təkrarlanıb və kiçik spiralın hər üç medalı İran nümayəndələrinə nəsib olub.
Hüseyn Save Şimşəki, Seyid Mortuza Cəfəri və Məhəmməd Kiyadərbəndsəri müvafiq olaraq, birincidən üçüncüyədək olan yerləri tutublar. Bununla, qeyd olunan yarışlarda İranın dağ-xizək idmanı karvanının medallarının sayı on altıya yüksəlib.
Teqlər