AFC: Taremi Asiyanın ən yaxşı legioneri seçilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i384559-afc_taremi_asiyanın_ən_yaxşı_legioneri_seçilib
Portuqaliyanın “Porto” komandasının iranlı hücumçusu Mehdi Taremi Asiya Futbol Konfederasiyası AFC tərəfindən 2021-ci ildə Asiyanın ən yaxşı legioner futbolçusu seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2021 11:18 Asia/Baku
  • Taremi
    Taremi

Portuqaliyanın “Porto” komandasının iranlı hücumçusu Mehdi Taremi Asiya Futbol Konfederasiyası AFC tərəfindən 2021-ci ildə Asiyanın ən yaxşı legioner futbolçusu seçilib.

SəhərAzəri-nin məlumatına əsasən, 2021-ci ilin sonunda AFC 35 sorğunun icmalına əsasən və 115 futbolçu arasından Asiyanın ən yaxşı oyunçularını təqdim edib.

Asiya Futbol Konfederasiyası il ərzində ən yaxşı asiyalı legionerin seçilməsi üçün həftəlik sorğular keçirib və bu sorğuda iranlı futbolçuların, o cümlədən Mehdi Taremi, Sərdar Azmun, Əli Qulizadə və Allahyar Səyyadməneş adları dəfələrlə çəkilib.

Səsvermədə Portu klubunun iranlı hücumçusu Mehdi Tareminin adı birinci yerdədir; Hansı ki, 20 dəfə Asiyanın ən yaxşı legioneri adına namizəd olub.

Taremi 2021-ci ildə 27 qol vurub, o cümlədən UEFA Çempionlar Liqasında Çelsi, Yuventus və Liverpu komandalarına üç dəyərli qol vurub, Çelsiyə vurduğu qolu UEFA Çempionlar Liqasıda mövsüm üzrə ən yaxşı qol seçilib.