Qışda isti paltarla yatmayın
-
isti paltarla yatmayın
Yeni bir araşdırmanın nəticələri göstərib ki, qışda isti paltarla yatmaq, sağlamlığa zərərli olub, daha çox səhhət problemi ilə nəticələnə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Mütəxəssislərin sözlərinə görə, yuxuda jaket geymək, dərinin quruluğunu artırmaqla bərabər, ekzema və digər dəri problemlərinə gətirib çıxara və ya onları artıra bilər.
Tədqiqatçılar tövsiyə edirlər ki, insanlar yun corablarla yatmasınlar. Araşdırmalar göstəribdir ki, yun corablar ayaqda bir neçə bakteriya xəstəliyinə gətirib çıxara bilər.
Həmçinin yuxu zamanı hərəkət edərkən, əgər əyninizdə sviter olarsa, o, tərləmənin artmasına bais ola və daha çox qan təzyiqinin aşağı düşməsi ilə nəticələnə bilər.
Ürək-damar xəstəlikləri olan şəxslər də sviterlə yatmaqdan çəkinməlidirlər, zira bu məsələ bədəndə havanın dolanmasını azaltmaqla, bədən temperaturunun artmasına, bununla da bu qrup şəxslərin vəziyyətinin qeyri-münasib olmasına səbəb ola bilər.
Yuxu üçün ən yaxşı seçim, kətan parçadan tikilmiş paltarlardır, çünki dəriyə tənəffüs icazəsi verir və insanların rahatlıq hiss etmələrinə kömək edir.