«Paris Sen-Jermen»in 4 oyunçusunun korona testi müsbət olub
Yan 02, 2022 12:07 Asia/Baku
-
«Paris Sen-Jermen»
Parislilər koronanın təsiri altında özlərinin 2022-ci ildəki ilk oyunlarına gedirlər.
SəhərAzəri-nin məlumatına əsasən, 2022-ci ilin ilk günündə «Paris Sen-Jermen» beş əsas üzvünün korona testi müsbət elan edilib.
«Paris Sen-Jermen» klubunun təsdiqi ilə dörd oyunçu və texniki heyətin üzvlərindən biri koronavirusa yoluxub. Bu beş nəfər başqalarından təcrid edilib və ev karantindədir. Şəxslərin xüsusi mühitinin qorunması üçün «Paris Sen-Jermen» klubu öz koronalı üzvlərinin adlarını gizli saxlayıb.
Bundan öncə Barselona klubu da klubun on bir üzvünün koronaya yoluxduğunu bildirmişdi.