Yan 16, 2022 13:46 Asia/Baku
  • İranlı yüngül atletlər Türkiyə beynəlxalq yarışlarında uğur qazanıblar

Türkiyə beynəlxalq yarışlarında iştirak edən İran yüngül atletikasının nümayəndələri dörd birincilik və bir üçüncü yer qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyədə keçirilən beynəlxalq qapalı yüngül atletika yarışlarında Səccad Haşemi 400 metr məsafəyə qaçışda birinci olub.

60 metr məsafəyə yarışda da Reza Qasemi birinci yeri tutub.

Həmçinin qadınlar arasında 400 metr məsafəyə qaçışda Məryəm Mohebbi çempion adını qazanıb.

Cakartada keçirilən Asiya oyunlarında ikinci olmuş Əmir Moradi də 1500 metr məsafəyə qaçışda yarışların birincisi olub.

Milad Naseh Cahan isə 400 metr məsafəyə qaçışda yarışların üçüncüsü olubdur.

 

Teqlər