Yan 20, 2022 17:53 Asia/Baku
  • «Qəhrəman», «Palm Springs» festivalında üç mükafat alıb

İran filmi- «Qəhrəman», «Palm Springs» film festivalında üç mükafat alıb.

Amerikada keçirilən «Palm Springs» film festivalı özünün 2022-ci il laureatlarının adlarını elan edib və rejissor Əsğər Fərhadinin «Qəhrəman» filmi bu festivalda üç mükafat alıb.

«Palm Springs» film festivalının səkkiznəfərlik münsiflər heyəti keçmişdə Anje Vayda kimi tanınmış kinematoqraflara verilmiş «Sərhədlər üzərində bir körpü» mükafatını «Beynəlxalq, humanizm və mühüm məsələnin kino bəyanında nadir ustadlığa görə», «Qəhrəman» filminə veriblər.

«Fipersi» münsiflər heyəti də ən yaxşı ssenari mükafatını «Qəhrəman» filminin ssenarisinə görə, Əsğər Fərhadiyə verib. Həmçinin bu filmdəki roluna görə, Əmir Cədidi ən yaxşı kişi aktyoru seçilib.

Beynəlxalq «Palm Springs» film festivalı bu il koronadan irəli gələn şəraitə görə, ləğv edilib və yalnız mükafatların laureatları təqdim olunubdur.