Yan 21, 2022 14:39 Asia/Baku
  • Həndbol üzrə Asiya çempionatı

İranın həndbol üzrə yığma komandası dünən Asiya çempionatı yarışlarının qrup mərhələsindəki üçüncü və sonuncu görüşündə Ərəbistan yığmasını məğlub edib.

Yarışlara ev sahibliyi edən Ərəbistan komandasına 24-20 hesabı ilə qalib gələn İran yığması B qrupunun lideri kimi yarışların səkkiz üstün komandası sırasına qoşulub.

İranın həndbol üzrə yığma komandası bundan öncəki iki görüşündə də Avstraliya və Hindistan yığmalarını məğlub edə bilmişdi.

Göründüyü kimi, İran yığması Ərəbistan, Avstraliya və Hindistan yığmaları ilə birlikdə B qrupuna daxil idi.

Yarışların ikinci etapı komandaların birgünlük istirahətindən sonra sabahdan başlanacaq. Komandaların ikinci etapdakı qruplaşması bütün komandaların birinci etapdakı görüşləri başa çatdıqdan sonra bəlli olacaq.

Kişilərin həndbol üzrə iyirminci Asiya çempionatı on altı komandanın iştirakı ilə çərşənbə axşamı günündən Ərəbistanın ev sahibliyi ilə bu ölkənin Dəmmam şəhərində başlanıb.

Yarışların beş üstün komandası, birgə şəkildə Polşa və İsveçdə keçiriləcək 2023-cü il dünya çempionatında iştirak vəsiqəsi qazanacaq.