Yan 23, 2022 11:35 Asia/Baku
  • Sərdar Azmun
    Sərdar Azmun

İranın yığma futbol komandası və Sankt-Peterburqun «Zenit» futbol klubunun hücumçusu Sərdar Azmun rəsmi müqavilə əsasında Almaniyanın «Bayer 04 Leverkuzen» futbol klubuna qoşulub.

SəhərAzəri-nin məlumatına əsasən, Azmunun «Bayer 04» klubu ilə müqaviləsi, 2027-ci il mövsümünün sonunadək- beş il müddətinədir.

Azmun ilə «Zenit» arasındakı müqavilənin cari futbol mövsümünün sonunda bitməsinə görə, onun gələcəyi haqda bir çox şayiələr irəli sürülmüşdü. Hətta dünyanın «Di Marzio» kimi tanınmış jurnalistləri «Yuventus»un İranın yığma futbol komandasının hücumçusuna marağından xəbər vermişdilər.

Müxtəlif klubların adlarının hallanmasından sonra, sonda Sərdar Azmun «Bayer 04 Leverkuzen» futbol klubuna qatıldı.

Almaniyanın «Bayer 04 Leverkuzen» futbol klubu bu transferin rəsmiləşməsindən az öncə bir tvitt-də öz azarkeşlərinə xas bir hadisənin baş verəcəyini vəd etmişdi.

«Bayer 04» klubu hal-hazırda otuz beş xalla Bundesliqada turnir cədvəlinin üçüncü pilləsində durur.

Teqlər