Yan 24, 2022 20:56 Asia/Baku
  • həndbol
    həndbol

İranın kişilərdən ibarət həndbol üzrə yığması Küveyt üzərində dəyərli qələbə qazanaraq, dünya çempionatına vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün həndbol üzrə Asiya çempionatının əsas mərhələsinin ikinci oyununda İran milli həndbol komandası Küveyt millisi ilə qarşılaşıb və yekunda oyun 27-26 hesabı ilə İranın xeyrinə başa çatıb.  İran bu nəticə ilə ikinci dəfə dünya çempionatına vəsiqə qazanıb.

Qarşılaşmanın ilk hissəsində "Manuel Montaya Fernandes"in yetirmələri rəqib qapısına əla ötürmələr edə bilsələr də, küveytli qapıçı öz parlaq çıxıçı ilə İrana daha çox qol vurmağa imkan vermədi və birinci hissə 11-11 hesabı ilə başa çatdı.

İranın həndbol milli komandası bu turnirin əsas mərhələsindəki son oyununda bu həftə çərşənbə günü Bəhreynlə qarşılaşacaq.

İran komandası bundan əvvəl  yalnız 2015-ci ildə dünya çempionatlarında iştirak edib.

 

Teqlər