Yan 26, 2022 14:11 Asia/Baku
  • İran cihazı
    İran cihazı

İranın bir texnologiya şirkəti yerli mütəxəssislərin bacarıqları hesabına, nanotexnologiyasından istifadə edərək, diabetik yaralar kimi müxtəlif yaraların sağalma prosesini sürətləndirmək üçün Atmosfer Təzyiqli Soyuq Plazma Cihazını patentləşdirməklə yanaşı, diabetik, xroniki və yataq yaralarının müalicəsi üçün bu cihazın klinik təsdiqini almağa müvəffəq olub.

SəhərAzəri-nin məlumatına əsasən, Nanotexnologiya şirkətinin icraçı direktoru Sara Fətullah bununla bağlı deyib: Bu cihazının işi belədir ki, yaranın səthini bakteriyalardan tamamilə təmizləyir və sarğılar yaranın səthinə qoyulduqda yaranın sağalma prosesini sürətləndirir. 

Fətullah əlavə edib: "Bu cihazının gördüyü başqa bir iş də budur ki, istehsal etdiyi hissəciklər sayəsində hüceyrələri stimullaşdırır və yaraların sağalma prosesini bir addım sürətləndirir. Atmosfer Təzyiqli Soyuq Plazma müxtəlif üsullarla, o cümlədən Helium və arqan qazı və ya qazsız DVD ilə istehsal olunur, əlbəttə bunların hər birinin öz üstünlükləri var.

Teqlər