«Falkon 9» peykdaşıyıcısı ayla toqquşma ərəfəsindədir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i385496-falkon_9_peykdaşıyıcısı_ayla_toqquşma_ərəfəsindədir
«Space X» şirkətinə məxsus olan peykdaşıyıcı ay ilə toqquşma istiqamətində yerləşir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2022 09:33 Asia/Baku
  • «Falkon 9»
    «Falkon 9»

«Space X» şirkətinə məxsus olan peykdaşıyıcı ay ilə toqquşma istiqamətində yerləşir.

SəhərAzəri-nin məlumatına əsasən, «Falkon 9» peykdaşıyıcısı 2015-ci ildə bir tapşırıqda bir meteoroloji peyki Yer orbitində yerləşdirdi, amma ondan sonra Yerdən həddindən artıq uzaq məsafədə olduğu üçün planetin atmosferinə qayıtmaqdan ötrü yetərincə yanacağı və yer ilə ay arasındakı qravitasiya sahəsindən çıxa bilmək üçün də lazımi qədər sürəti olmadı. Nəticədə bu mühitdə naməlum, asılı və üzən vəziyyətdə qaldı.

Alimlər təxmin edirlər ki, peykdaşıyıcı təqribən bir həftə sonra, yəni fevralın 4-də ayın orbitinə daxil olacaq və onun gizli qalmış yarısı ilə toqquşacaq.

Ay Yerin əksinə olaraq, xarici cisimləri məhv etmək üçün nəzərəçarpacaq atmosferə malik deyil. Buna görə, gözlənilir ki, «Falkon 9» peykdaşıyıcısı dörd ton çəki və saniyədə təqribən iki tam yüzdə əlli səkkiz kilometr sürətlə birbaşa şəkildə onun səthinə çırpılacaq.