Kök hüceyrə transplantasiyası QİÇS xəstəsini müalicə etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386017-kök_hüceyrə_transplantasiyası_qİÇs_xəstəsini_müalicə_etdi
Həkimlər yeni metodun köməyi ilə QİÇS-ə mübtəla olmuş bir qadını müalicə etməyə müvəffəq olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2022 09:36 Asia/Baku
  • QİÇS xəstəsi
    QİÇS xəstəsi

Həkimlər yeni metodun köməyi ilə QİÇS-ə mübtəla olmuş bir qadını müalicə etməyə müvəffəq olublar.

SəhərAzəri-nin məlumatına əsasən, Ağ qan xəstəliyinə mübtəla olmuş bir amerikalı xəstə QİÇS virusuna təbii olaraq davamlı olan donordan kök hüceyrələri əldə etdikdən sonra sağalıb və bu günədək kök hüceyrə transplantasiyası yolu ilə sağalmış üçüncü şəxs və ilk qadına çevrilibdir.

QİÇS üzrə beynəlxalq cəmiyyətin sədri Şaron Levin bildirib ki, bu qadın QİÇS-dən güclü müalicəyə ehtiyac olmadan sağalıb.

Xəstələr bu sınaqda öncə xərçəng immun hüceyrələrinin məhv edilməsi üçün kimyaterapiya keçirlər. Sonra həkimlər xas genetik mutasiyalara malik insanlardan kök hüceyrələri transplantasiya edirlər.

Şaron Levin deyib ki, bu məlumat münasib müalicə strategiyası kimi genetik müalicədən istifadə fikrini gücləndirir.