İran güləşçiləri Bolqarıstan turnirində 7 medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386131-İran_güləşçiləri_bolqarıstan_turnirində_7_medal_qazanıblar
İranın seçmə güləş komandaları beynəlxalq Bolqarıstan yarışlarında iki qızıl, bir gümüş və dörd bürünc medal əldə etməklə öz işlərini başa vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2022 14:16 Asia/Baku
  • İran güləşçiləri
    İran güləşçiləri

İranın seçmə güləş komandaları beynəlxalq Bolqarıstan yarışlarında iki qızıl, bir gümüş və dörd bürünc medal əldə etməklə öz işlərini başa vurublar.

 SəhərAzəri-nin məlumatına əsasən, Bolqarıstanın Veliko-Tırnovo şəhərində keçirilən Danklov və Nikolay Petrov kuboku uğrunda sərbəst və yunan-roma güləşləri üzrə beynəlxalq turnirdə Səid Esmaili və Meysəm Delxani yunan-roma güləşi üzrə 60 və 63 kiloqram çəki dərəcələrində qızıl medala nail olublar.

Əlirza Əbdüli və Əlirza Məhəmmədi yunan-roma güləşinin müvafiq olaraq, 72 və 82 kiloqram çəki dərəcələrində bürünc medal əldə ediblər.

Sərbəst güləşdə isə 97 kiloqram çəki dərəcəsində Meysəm Əbdi gümüş, 79 və 125 kiloqram çəki dərəcələrində də

Mustafa Qiyasi və Yədullah Mohebbi bürünc medala nail olublar.