Yaddaş azalmasının qarşısını almaq üçün ən sadə yol
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386239-yaddaş_azalmasının_qarşısını_almaq_üçün_ən_sadə_yol
Tədqiqatçılar yaddaş azalmasının qarşısını almaq üçün sadə bir metod tövsiyə edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2022 10:44 Asia/Baku
  • Yaddaş azalması
    Yaddaş azalması

Tədqiqatçılar yaddaş azalmasının qarşısını almaq üçün sadə bir metod tövsiyə edirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Yeni tədqiqatın nəticələri göstərir ki, orta yaşda idman edən insanlar yuxarı yaşlarda nəzərəçarpacaq miqdarda yaddaşın azalması və zəifləməsindən amandadırlar.

Pittsburq Universitetinin mütəxəssisləri həftədə üç dəfə idmanla məşğul olan əlli beş yaşından səksən beş yaşınadək olan üç min yaşlı şəxsi nəzərdən keçiriblər. Sonda məlum olubdur ki, həftədə üç dəfə idmanla məşğul olmaq, dörd ay müddətinə yaddaşın daha yaxşı qorunmasına gətirib çıxarıbdır.

Bu tədqiqat həyatın əllinci və altmışıncı onillikləri arasında fəal olmağın, yaddaş azalmasının qarşısının alınması üçün bir açar ola biləcəyini yaxşı şəkildə nümayiş etdirib. Buna görə, orta yaşlı insanların həftədə üç dəfə fiziki fəaliyyətlə məşğul olmaları tövsiyə olunur.

Verilən məlumatlara görə, velosipedsürmə, gəzinti və ya qaçış kimi aerobik idman növlərilə həftədə üç dəfə məşğul olan insanlar daha yaxşı yaddaşa malikdirlər.